Məşhur aparıcı icra başçısna çağırış etdi
Aparıcı İlkin Həsəni Abşeron Rayon icra hakiminə müraciət ünvanlayıb.
XALQ xəbər verir ki, buna səbəb Abşeron rayonunun Xırdalan şəhərində vəzifəli şəxsin ağacları kəsib yerinə beton tökməsi olub.
“Xahiş edirik, sahibkar ağacları kəsib necə betonlayıbsa, eləcə də oranı yenidən ağaclarla təmin etsin. İcra Hakimiyyətinin inzibati binasından bir neçə metr aralıqda baş verən bu vandallığı nəzarətə götürməyinizi xahiş edirik”,- deyə İlkin paylaşımında yazıb.
Xəbər verdiyimiz kimi Xırdalanda ticarət mərkəzi tikən Vüsal Fərzəliyev yaşıl ağacları kəsib.














