media-bu

Abşeron rayonu Xırdalanda növbəti qanunsuz artıram işləri aparılır.

XALQ-a daxil olan məlumata görə, Xırdalan,H.Əliyev pr 209 (Kristal Abşeron 2 ilə üzbəüz) Buxar restoranında lahiyədən kənar artırma işləri aparılır .

Xırdalan sakinlərinin şikayətinə görə  yolu bağlayaraq, səkini zəbt edərək ağır texnikalar Buxar restoranında  artırma işləri aparır.

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən  və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Abşeron  rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.

Abşeron rayon icra Hakimiyyətinə sorğu verilib. Qeyd edək ki, Abşeron  rayonunda qanunsuz tikinti ilə bağlı ilk hal deyil.

Məsələ ilə bağlı Buxar restoranı ilə əlaqə saxladıq. Əməkdaşımıza Orxan adlı şəxs bildirib ki, artıram işləri deyil beton tükülür.

Lakin görüntülərdəndə aydın olur ki, Buxar restoranın 3 mürtəbəsi hazırlanır beton tökülərə dəmir konstruksiylar quraşdırılır. Bu da onu deməyə əsas verir ki, qarşıda yay fəsli gəldiyi üçün restoran sahibi yeni terras fəaliyyət göstərməsi üçün hazırlıq işləri görür.

media-abdi

Qeyd edək ki,  2022-ci ildən  Abşeron rayon icra Hakimiyyətinin başçısı Abdin Fərəzliyevdir.

Məsələ ilə bağlı aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:

 


media-728x90banner

Bənzər xəbərlər