Abdin Fərzəliyev Mehdiabadda bu tikintiyə hansı şərtlərlə icazə verib?
Mehdiabad-Fatmayi yolunda aparılan tikinti işləri diqqət çəkib.
XALQ xəbər verir ki, sözügedən ərazidə tikinti işlərinə başlanılıb. Lakin ərazidə nəyin inşa olunduğu layihənin kimə məxsus olması barədə heç bir məlumat lövhəsi yerləşdirilməyib.
Bu isə tikintinin qanuniliyinə dair ciddi suallar yaradır.
Maraqlıdır, görəsən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və Abşeron Rayon İcra Hakimiyyəti həmin ərazidə aparılan tikinti işlərinə rəsmi icazə veribmi?
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumat bazasında qeyd olunan ərazidə tikinti işi ilə bağlı heç bir qeyd yoxdur.
Ərazidə tikinti işləri sürətlə davam etsə də, aidiyyəti qurumlar tərəfindən hər hansı nəzarət və ya açıqlama müşahidə edilmir.
Qeyd edək ki, son dövrlər Abşeron rayonunun müxtəlif ərazilərində qanunsuz tikintilərlə bağlı narazılıqlar artmaqdadır. Buna baxmayaraq, bəzi hallarda aidiyyəti qurumların məsələyə operativ münasibət bildirməməsi ictimai narahatlığı daha da gücləndirir.
Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi maraq doğurur.
Bu barədə videomaterialı təqdim edirik.










