Abşeron rayonunun Masazır qəsəbəsində, “Qurtuluş 93” Mənzil-İstismar Kooperativinin ərazisində ağacların kəsilməsi və yerində inşaat işinin aparılması barədə xəbər vermişdik.  Dərc olunan xəbərdə Abşeron Rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı açıqlamasında qeyd olunurdu ki, sözügedən əraziyə baxış keçirilib və qeyri-qanuni tikintinin dayandırılması, həmçinin sökülməsi ilə bağlı müvafiq addım atılıb. “Söküntü işləri gedir”, – deyə həmin tarixdə İcra Hakimiyyətindən saytımıza verilən açıqlamada qeyd olunurdu.
Sözügedən ərazidə yaşayan sakinlər bir daha redaksiyay müraciət ediblər.
Onların sözlərinə görə, nəinki daha əvvəl quraşdırılan dəmir dirəklər sökülüb, hətta obyektin tikintisi daha da sürətlənib.
Sakinlər sözügedən ərazidən lentə aldıqları görüntüləri və fotoları da redaksiyamıza təqdim ediblər.
Kadrlarda tikintinin davam etdiyi açıq-aydın görünür. Həmin görüntüləri və fotoları təqdim edirik:

Yeniavaz.com

 


media-728x90banner

Bənzər xəbərlər