media-abs

Məlum olduğu kimi, ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində qanunsuz miqrantların kütləvi şəkildə saxlanılmasına qarşı etirazlar baş verir.

XALQ xəbər verir ki, Prezident Donald Tramp Milli Qvardiyanın əsgərlərini göndərdikdən sonra Los-Ancelesdə miqrantların etiraz aksiyası daha da kəskinləşib.

Etirazlardan fotoları təqdim edirik:

 









****

Məlumatına görə, yüzlərlə insan Los-Ancelesdə Milli Qvardiya əsgərlərinin yerləşdirilməsinə və Həmkarlar İttifaqının lideri David Huertanın saxlanmasına etiraz etmək üçün Boston şəhərində meriyanın meydanına toplaşıblar.

İnsanlar əllərində “Massaçusets Los-Ancelesdəki qonşularımızla birlikdədir” və “İmmiqrant qonşularımızı qoruyun” sözləri yazılmış lövhələr tutublar.

Etirazçılar aksiyaları dayandırmaq üçün Prezident Trampı hərbçilərin yerləşdirilməsi planlarınından əl çəkməyə çağırıblar.

Boston da ayağa qalxdı - Amerikanı etirazlar bürüyüb


media-728x90banner

Bənzər xəbərlər