ABŞ Senatının Silahlı Qüvvələr Komitəsi Ukraynaya hərbi dəstək məqsədilə 2028-ci ilə qədər 500 milyon dollar vəsait ayrılmasına razılıq verib.

 XALQ  bu barədə “Reuters”ə istinadən xəbər verir.

Qeyd olunan məbləğ komitə tərəfindən təsdiqlənmiş ABŞ-nin 2026-cı maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə daxil edilib.

Layihəyə əsasən, ABŞ Ukraynanın müdafiə qabiliyyətini möhkəmləndirmək məqsədilə bu ölkə ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.


media-728x90banner

Bənzər xəbərlər