Abşeronda qanunsuz obyekt tikintisi davam edir.... "Gözdən pərdə asırlar"- Video- Foto
Abşeron icra hakimiyyətinin başcısının xeyir – duası ilə, Xırdalan şəhərində hündürmərtəbəli binanın həyətinin obyekt yeri olaraq satılması ilə bağlı məlumat vermişdik.
Bildirik ki, xəbər saytları məlumatı yayımladıqdan sonra qanunsuz obyekt üçün qazıntı işləri dayandırılıdı
və kənardan daşınan torpaqla təcili dolduruldu və Abşeron icra hakimiyyəti açıqlama yaydı ki, qanusuz tikinti işləri dayandırlıb.
XALQ.AZ xəbər verir ki, həmin hadisədən bir neçə gün sonra yəni bu gün səhərdən bu dəfə qanunsuz obyektin inşasına başlanılıb.
Bu barədə sakinlər məlumat verib.
Bildirib ki, hal – hazırda qanunsuz obyektin ətrafına tikinti materilları daşı və sement kisələri gətirilib. Qanunsuz obyektin inşasına başlanılır. Aparılan tikinti ilə bağlı icra başçısı da məlumatlıdır?
Abşeron İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qanunsuz tikintiyə istirahət günü olduğu üçün xəbərsiz olmasını bəhanə edəcək?
Amma, bina sakinləri obyektin yanına toplaşaraq tikintinin aparılmasına razılıq verdiyi üçün İH-ə qarşı etiraz edib.
Bu məsələ ilə bağlı İcra ahkimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı. Dövlət Şəhərsalma və Arxitektura Komitəsində də münasibət bildirmədilər.
Bəs görəsən bu qanunsuz obyektin tikintisinə görə dövlət qurumları niyə susur.Paytaxt.org