Abşeron rayonunda qanunsuz tikinti ilə bağlı XALQ-a  məlumatlar daxil olub.

Belə ki,  Abşeron rayon ərazisində  qanunsuz tikinti işləri aparılır

 XALQ məlumat verir ki, bu tikinti ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında hər hansı bir məlumata rast gəlmədik.

Bu isə o deməkdir ki, inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmayıb.

Ümumiyyətlə Abşeron rayonu ərazisində qanunsuz obyektlərin və qanunsuz evlərin  tikintisinə necə razılıq verildiyi məlum deyil.

İddialar görə, qanunsuz tikintilər icra hakimiyyətinin səlahiyyətli şəxslərin razılığı ilə inşa olunduğu bildirilir.

Qeyd edək ki, 2022-ci ildən Abşeron rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Abşeron rayon  İcra hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

Araşdırmalarımız davam edir.  Qurumların mövqeyini dərc etməyə  hazırıq.

Həmin görüntüləri oxuculara təqdim edirik:

 


media-728x90banner

Bənzər xəbərlər