Abunəçiləri “Azərcell”i məhkəməyə verməyə hazırlaşır
Şikayətçi Yusif Yusifov bütün abonentləri “Azərcell”i məhkəməyə verməyə çağırıb.
XALQ xəbər verir ki, bu barədə şikayətçi sosial şəbəkədə yazıb. O bildirib ki, xətt gələn zənglərə açıq olduğu halda “Azərcell” ASAN imza təsdiqi, OTP və bildiriş SMS-lərini bloklayır: “Hansı əsasla bloklayır? Bütün narazı abonentlər, toplaşaraq “Azercell”i müqavilədə olmayan tədbirlər gördüyü üçün məhkəməyə verərək təzminat tələb edək”.
Qeyd edək ki, son vaxtlar “Azərcell”ə bağlı şikayətlər yenə də artıb. Yaxın günlərdə sözügedən provayderin heç bir xəbərdarlıq etmədən, məlumat vermədən qiymətləri qaldırması növbəti narazılığıa səbəb olmuşdu.
Xatırladaq ki, “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovadır.












