Adil Kərimli “7GÜL”lə razılaşdı: 250 min manatlıq “xarici qızılgül” və “yerli qızıgül” alır
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
XALQ xəbər verir ki, tender müsabiqəsinin qalibi “7GÜL” MMC olub.
Mədəniyyət Nazirliyi müxtəlif güllərin və əklillərin satınalınması üçün “7GÜL” MMC-yə 247 min 733 manat 92 qəpik ödəyəcək.
Satın alınacaq güllərin və əklillərin sayı aşağıdakı kimi olacaq:
Qızılgül xarici (təbii) – 3 000 ədəd;
Qızılgül yerli (təbii) – 1500 ədəd;
Qərənfil (təbii) – 1500 ədəd;
Böyük gül səbəti – 80 ədəd;
Orta gül səbəti – 60 ədəd;
Kiçik gül səbəti – 60 ədəd;
Əklil böyük – 7 ədəd;
Əklil orta – 7 ədəd;
Əklil kiçik – 7 ədəd;
Buket böyük – 80 ədəd;
Buket orta – 80 ədəd;
Buket kiçik – 80 ədəd;
Büstönü səbət – 10 ədəd;
Səhnə önü bəzək – 25 metr.
Qeyd edək ki, 2023-cü ildən Mədəniyyən Naziri Adil Kərimlidir.












