Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib.

XALQ.AZ xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən  verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.

Tikintiyə icazə aprelin 12-də verilib. Binanın tikintisi üçün 3 hektar (2983.93 kvadratmetr) ərazi ayrılıb.

Bina Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti və İ.Zülfüqarov küçələrinin kəsişməsi, 2942 A saylı məhəllədə yerləşəcək.

Binanın tikintisini “Kontinent İnşaat” MMC həyata keçirəcək.

 

 

Elgün


media-728x90banner

Bənzər xəbərlər