Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) investisiya üzrə sabiq sədr müavini Adnan Əhmədzadə Azərbaycanda neft fırıldağına görə həbs olunub.

XALQ “First Truth&Transparency Committee” saytına istinadən xəbər verir ki, bu barədə məsələyə yaxın bir neçə mənbə məlumat verib.

Məlumata görə, Adnan Əhmədzadə “Azeri Light” markalı nefti xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunur. Bu isə Azərbaycan qanunvericiliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilir.

Həbs faktı ölkədə korrupsiyaya qarşı aparılan tədbirlər, həmçinin fərdi şəxslərin dövlətin beynəlxalq nüfuzuna xələl gətirə biləcək fəaliyyətlərinin qarşısını almaq siyasəti çərçivəsində həyata keçirilib.

  Qeyd edək ki, xəbəri ilk Ajans.az  yayıb. Həmin məlumatı təqdim edirik:  

media-911


media-728x90banner

Bənzər xəbərlər