media-477

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti növbəti tenderinə yekun vurub.

XALQ  xəbər verir ki, universitet tələbələrini Britaniyanın Vorvik Universitetinə planlanan səfəri üçün viza və gediş-dönüş biletləri alacaq.

3-8 avqust tarixlərinə təyin edilmiş uçuşlar üçün alınacaq biletlərin və viza ödənişlərinin sayı 29-dur. Bu uçuşlar ekonom sinifli olacaq və buraya qatarla səyahət də daxildir.

Açıq mənbələrdə bildirilir ki, sözügedən məqsədlər üçün ADNSU 80 min manat istəsə də, Tender Komissiyası bu işlər üçün 56 min 704 manatın kifayət edəcəyi qənaətinə gəlib.

Qeyd edək ki, ADNSU üçün biletləri və viza dəstəyini “VEGA TRAVEL MANAGEMENT” MMC həyata keçirəcək.


media-728x90banner

Bənzər xəbərlər