media-ady

“Bakıdan Tiflisə sərnişin qatarının təkcə bu ay üçün gediş biletinin qiyməti 200-220, hətta bəzi günlərdə 240 manatdır. Bu, təyyarə qiymətindən də bahadır. Azərbaycan Dəmir Yolları bu qiymətlərlə bağlı izahat verməlidir ki, 81 manatdan başlandığı deyilən qatar biletləri niyə heç 90-95 manata da yoxdur. Yəni qiymətlər o dərəcədə absurddur ki, heç bir vətəndaş təyyarəni qoyub qatara bilet almaz. Üstəlik, daha ucuz və cəmi 1 saata Tiflisə çatırsan”.

Bu sözləri Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, qiymətlərin 81 manatdan başladığı elan olunsa da, hətta 100 manata belə bilet tapılmır. Hüquq müdafiəçisi hesab edir ki, bu məsələdə vətəndaşların hüquqları pozulur və ADY məsələyə aydınlıq gətirsə yaxşı olardı: “İyun ayında bir nəfərin Tiflisə qatarla gedişi 400 manatı keçir. Avropada bir ölkədən başqa ölkəyə nəinki sürətli qatarla, hətta təyyarə ilə uçuş bu məbləğdən qat-qat ucuzdur. Dəmir Yolları faktiki elə qiymət müəyyənləşdirib ki, hamı təyyarəyə üstünlük versin. Eyni zamanda, siz qurumun saytına baxa bilərsiniz, artıq bütün biletlərin satıldığı qeyd olunur. Yəni bu məsələdə çox ciddi araşdırmalara ehtiyac var. Vətəndaşlar sevinmişdi ki, sərnişin qatarı açılır, indi çox adam məyus olub”.


media-728x90banner

Bənzər xəbərlər