Aeroportda gərginlik: Bakıya uçan təyyarədə….
AZAL-ın Praqa-Bakı reysində gərginlik yaşanıb təyyarəyə icazəsiz daxil olmağa cəhd edən şəxsin qarşısı alınıb.
XALQ xəbər verir ki, bunu sosial şəbəkə istifadəçisi Mətanət Əzizova öz şəxsi hesabında yazıb.
Paylaşımı olduğu kimi təqdim edirik:
Bu gün çox emosional gün oldu.
Praqa aeroportunda , Praqa- Bakı (AZAL) reysinin gözləmə zalından bir kişi, yoxlamadan keçmədən, qanunsuz trapa daxil olub və təyarə tərəfə getdi. Hay küy düşdü, cinayətkar heç kəsə tabe olmurdu. Onun məqsədi sərnişinlərdən qabaq təyarəyə girmək idi.
Umumi onu dayandırmaq üçün 30 dəq ərzində aeroportun təhlükəsiz xidməti, çox sayda polis, 10na yaxın qara maskalılar cəlb olundu, sonra itlər, xususi qurğular və s.
Əsl holivud filmlərdəki kimi.
Nəysə, cinayətkar həbs olundu və əminəm ki onu çoxmüddətli həbs gözləyir.
Əsas mövzu isə bu deyil.
Əsas, bilirsiz kim birinci cinayətkarın qarşına çıxdı? Kim onu təyarəyə girməyə qoymadı?
AZALın bələdçisi. Baxmayaraq ki ona qarşı ciddi fiziki güc tətbiq edilirdi, əməlli başlı “бой без правил”idi, inanırsız polis gələnə qədər o cavan oğlan cinayətkara imkan vermədi təyarəyə girsin.
Bunu niyə yazdım?
AZALdan xaiş etmək istəyirəm bu günkü reysdə işləyən hər kəs mükafatlandırılsın. Əsas da o qarabuğdayı qəhrəmanımızıdeyə qeyd edilib.
Məsələ ilə bağlı AZAL-dan heç bir rəsmi açıqlama verilməyib. Rəsmi məlumat olduğu təqdirdə dərc olunacaq.
*****
Məsələ ilə bağlı “Azərbaycan Hava Yolları”na (AZAL) bildirilib ki, dünən Praqa hava limanında Praqa–Bakı marşrutu üzrə reysin uçuşundan əvvəl təhlükəsizlik nəzarəti qaydalarını pozaraq hava gəmisinə daxil olmağa cəhd göstərən kənar şəxslə bağlı insident qeydə alınıb: “Uçuşun və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin şəxsin təyyarəyə girişinin vaxtında qarşısı alınıb. Hava limanının təhlükəsizlik xidmətləri və hüquq-mühafizə orqanları hadisə yerinə gələnədək həmin şəxsin hərəkətləri “Azərbaycan Hava Yolları” aviaşirkətinin ekipajı tərəfindən dayandırılıb.
Hazırda insidentlə bağlı hava limanının müvafiq xidmətləri və səlahiyyətli qurumlarla birgə araşdırma aparılır”.










