Ağ Ev ABŞ-nin Venesuelaya zərbə endirməsi barədə yayılan məlumatları təsdiq edib.

XALQ  xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “Fox News” yayıb.

“Mənbələrin sözlərinə görə, Ağ Ev ABŞ-nin hərbi əməliyyat çərçivəsində Venesuelaya zərbə endirməsini təsdiqləyib”, – telekanalın aparıcısı Erik Şon deyib.

Xatırladaq ki, bu gün Venesuelanın paytaxtı Karakasda bir neçə partlayış baş verib. “CBS News”un jurnalisti Cennifer Ceykobs ABŞ Prezidenti Donald Trampın Venesuelada obyektlərə zərbə endirmək barədə göstəriş verdiyini bildirib.

 

ABŞ-nin Venesuelada həyata keçirdiyi zərbələr zamanı Birləşmiş Ştatlar ordusu tərəfındən heç bir itki qeydə alınmayıb.

Bu barədə “The New York Times” (NYT) qəzeti Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.

Mənbə qeyd edib ki, əməliyyat zamanı amerikalı hərbçilər arasında ölən və ya yaralanan olmayıb. Bununla belə, Ağ Ev rəsmisi Venesuela tərəfinin verdiyi itkilərlə bağlı hər hansı şərh verməkdən imtina edib.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən ABŞ Venesuelaya hava zərbələri endirib. Son məlumatlara görə, ölkə prezidenti Nikolas Maduro və xanımı ABŞ hərbçiləri tərəfindən ələ keçirilib.

*****

“Prezident Maduro və xanımının harada olduğunu bilmirik”.

XALQ “Reuters”ə istinadla xəbər verir ki, bu sözləri ölkənin vitse-prezidenti Delsi Rodriqez dövlət televiziyasında çıxışı zamanı bildirib.

O, ABŞ-dən Maduronun sağ olduğuna dair təcili olaraq “həyat sübutu” tələb edib.

Xatırladaq ki, bu gün ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Bundan başqa, ölkə prezidenti və xanımının ABŞ hərbçiləri tərəfindən ələ keçirildiyi iddia olunur.


media-728x90banner

Bənzər xəbərlər