Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin nəticəsidir. Bu liderlik həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycanın mövqeyini gücləndirib, dövlətimizi regionun əsas siyasi güc mərkəzlərindən birinə çevirib. Prezident İlham Əliyevin illər boyu apardığı ardıcıl siyasət Azərbaycanın haqq işini dünyaya tanıtmaqla yanaşı, işğal altında olan torpaqlarımızın azad olunmasına aparan yolu da hazırladı”.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov danışıb.

O, açıqlamasında qeyd edib ki, Vətən müharibəsində qazanılan tarixi Qələbə təkcə hərbi gücün deyil, həm də diplomatik məharətin, düzgün strateji planlamanın nəticəsi idi: 

“Bu Qələbənin ən mühüm simvollarından biri isə Ağdamın azad edilməsidir. Ağdam illərlə dağıdılmış, talan edilmiş, xarabalığa çevrilmişdi. Lakin 2020-ci ilin noyabrında əldə edilən siyasi üstünlük sayəsində şəhər döyüşsüz, tamamilə Azərbaycanın iradəsi hesabına geri qaytarıldı. Bu, Prezident İlham Əliyevin həm hərbi, həm də diplomatik sahədə tarazlaşdırılmış siyasətinin parlaq təzahürüdür.

Ağdamın azadlığından dərhal sonra şəhərin yenidən qurulmasına başlanıldı. Prezident İlham Əliyevin şəxsən nəzarət etdiyi bərpa prosesi bu gün Qarabağda həyata keçirilən ən genişmiqyaslı layihələrdən biridir. Yeni yollar, mühəndis kommunikasiyaları, yaşayış məhəllələri, sənaye zonaları, sosial obyektlər və tarixi irsin bərpası ardıcıl şəkildə həyata keçirilir. Ağdamın Baş Planı şəhəri tamamilə modern urbanistik prinsiplər əsasında yenidən formalaşdırır və bu, Azərbaycanın gələcəyə baxışının təcəssümüdür”.

Deputat onu da vurğuladı ki, bu gün Ağdamda gedən işlər təkcə bir şəhərin deyil, bütün Azərbaycanın dirçəlişinin göstəricisidir:

“Bu proses həm də xaricdə yaşayan soydaşlarımız üçün qürur mənbəyidir, çünki dövlətimiz güclü liderlik sayəsində təkcə torpaqlarını azad etmədi, həm də həmin torpaqlara həyatın qayıdışını təmin etdi. Prezident İlham Əliyevin verdiyi bütün vədlər kimi, “Ağdam böyük qayıdış yaşayacaq” fikri də artıq reallığa çevrilir.

Azərbaycanın bu tarixi mərhələsi bir daha göstərdi ki, dövlətin gücü onun liderliyindən, liderin gücü isə xalqının dəstəyindən gəlir. Prezident İlham Əliyevin qətiyyətli siyasəti həm Qələbəni təmin etdi, həm də Qarabağın və xüsusilə Ağdamın bərpasını mümkün edən yeni inkişaf dövrünün əsasını qoydu. Bu gün Ağdamda başlayan həyat, işıq, quruculuq Azərbaycan Respublikasının gələcək nəsillərə bəxş etdiyi ən böyük tarixi irsdir”.


media-728x90banner

Bənzər xəbərlər