“Ağıllı insanlar ölkə başçısında heç bir xəstəlik əlaməti görə bilməzlər” – Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Putinin səhhəti ilə bağlı danışıb.
Xalq.az xəbər verir ki, o, bu barədə Fransız televiziyası TF1-ə açıqlama verib.
Rusiyalı nazir Putinin xəstə olması ilə əlaqəli iddiaları qəti şəkildə rədd edib. Putinin mütəmadi olaraq ictimaiyyət qarşısına çıxdığını qeyd edən Lavrov açıqlamasında bunları qeyd edib: “Ağıllı insanlar Rusiya ölkə başçısında heç bir xəstəlik və ya xəstəlik əlaməti görə bilməzlər”.
Rusiya xarici işlər naziri Moskvanın bir müddətdir davam edən “neonasist rejimi ilə mübarizə apardıqları” arqumentini də təkrarlayıb: “Rusiya Federasiyası tərəfindən müstəqil dövlətlər kimi tanınan Donetsk və Luqanskda qələbə bizim qeyd-şərtsiz prioritetimizdir. Rus əsgərlərinə mülki infrastruktura zərər verməmək barədə ciddi göstəriş verilib”.