Ağstafa rayonunda ümumrayon iməciliyi keçirilmişdir
İməcilikdə rayonun müəssisə, idarə və təşkilatlarının kollektivləri iştirak etmişlər. İməcilik zamanı Ağstafa şəhərinin prospekt və küçələrində, park və xiyabanlarında səliqə-sahman işləri aparılmış, yaşıllıqlara qulluq göstərilmişdir. Bundan əlavə, Bakı-Qazax avtomobil yolu və dəmir yolu xəttinin rayon ərazisindən keçən hissələri boyunca təmizlik işləri də həyata keçirilmişdir. Rayonun kəndlərində də keçirilən iməcilikdə yaşıllıqlara qulluq edilmiş, yollarda səliqə-sahman yaradılmışdır.