media-91
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Düzqışlaq kəndində keçirdiyi növbəti səyyar qəbulda Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyasının 30-cu ildönümü münasibəti ilə hər kəsi təbrik edərək qeyd edib ki, bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mühüm qanunvericilik bazası rolunu oynamışdır.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatların məsul şəxsləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Vətəndaşların səsləndirdikləri müxtəlif məzmunlu müraciətlərin qanunvericiliyə uyğun həll edilməsi, eləcə də yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərin müvafiq qurumlara çatdırılması istiqamətində aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında tapşırıqlar verilib.
media-64 media-65 media-63 media-62 media-91

media-728x90banner

Bənzər xəbərlər