Ağstafa sakinlərinin sevimli məkanı
Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Ağstafa rayonunda da ölkə başçısı cənab İlham Əliyevin göstəriş və tövsiyələri rəhbər tutularaq günün tələbləri səviyyəsində genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, məhəllələr, həyətlər, parklar və digər sosial obyektlər təmir olunaraq sakinlərin istifadəsinə verilir.
Ağstafa şəhəri, Heydər Əliyev adına istirahət parkı sakinlərin istirahəti üçün bütün şərait qurulub.
Tətil günlərində Ağstafa sakinlərinin və rayona gələn qonaqların sevimli məkanına çevrilib.
















