media-0ddaaa35ccdeb8ebf331559c87f98da8

P2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağstafa rayonu ərazisində genişmiqyaslı ağacəkmə aksiyası və ümumrayon iməcliyi keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar müvafiq Tədbirlər Planına uyğun olaraq yaz mövsümündə Ağstafa rayonu ərazisində ilk ağacəkmə və ümumrayon iməcliyi təşkil olunub.

Ekoloji aksiyada Ağstafa RİH başçısı Seymur Orucov, məsul şəxslər, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Yerli iqlim şəraitinə uyğun minə yaxın sərv ağacının əkildiyi ərazilərdə abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb və aqrotexniki qulluq göstərilib. Qurumuş ağaclar çıxarılaraq yeniləri ilə əvəzlənib, həmçinin ağacların suvarılması üçün damla suvarma sistemi qurulub.

Qeyd olunub ki, ölkəmizin hər yerində bu cür ekoloji aksiyaların təşkilinin başlıca məqsədi cəmiyyətin ekoloji maarifləndirilməsi, yaşıllıq sahələrinin artırılmasının təşviqi, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə töhfə verməkdən ibarətdir.

media-c391faaf96e1731435382c9731df4a31 media-47b57c5e3123f68197acc04d213b6365 media-b86358707f652477b47718f196efad50 media-d1bbcc710efbd12321e68f69a83e601f media-320bdf7b5acc1ba30d70cb5dc2addcab media-28ac3acdaba1ee8f0fdc781bd26020bd media-0ddaaa35ccdeb8ebf331559c87f98da8 media-0f7ebf2c92eb8d65615bbf13aaf0a687 media-1c8bde72f74dff6a58613ee5139391b6


media-728x90banner

Bənzər xəbərlər