media-004

Xalqımıza qarşı məqsədli şəkildə törədilmiş, onu susmağa və qorxutmağa yönəlmiş, eyni zamanda, Vətənimizin azadlığa və zəfərlərə gedən yolunun başlanğıcı olan 1990-cı ilin 20 Yanvar hadisələrindən 36 il keçir. Bu gün ölkəmizin hər yerində olduğu kimi, Ağstafa rayonunda da 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsi böyük ehtiramla yad olunur. Ağstafa rayon Şəhidlər Xiyabanında keçirilən ümumrayon anım tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlərimizin ruhuna dualar oxunub, RİH başçısı Şəhidlər Xiyabanının “Əbədi məşəl” abidəsi önünə əklil qoyub, şəhidlərimizin məzarları üstə tər qərənfillər düzülüb.

Qeyd olunub ki, Xalqımızın başına gətirilən qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, özünün və ailə üzvlərinin

həyatının təhlükə ilə üz-üzə qalmasından çəkinməyərək Sovet hakimiyyətinin bu qanlı əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev olmuşdur. Hadisənin səhəri günü Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, bəyanatla çıxış etmiş və xalqın haqq səsi olmuşdur. 20 Yanvar hadisəsinə rəsmi hüquqi-siyasi qiymət verildi və bu, Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət kimi tanındı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qalib, müstəqil dövlətdir, torpaqlarımız işğaldan azad olunub. Ümummilli Liderin və bütün şəhidlərimizin arzuları gerçəkləşib.

12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon ərazisində nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillərdən və qatarlardan siqnallar verilib. Yaşayış məntəqələrində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib.

Allah şəhidlərimizə rəhmət eləsin!

media-001 media-002 media-003 media-004 media-005 media-006 media-007 media-008 media-009 media-0011

***

 

Hər il olduğu kimi bu il də qanlı faciənin ildönümündə ağstafalı 20 Yanvar şəhidimiz Habil Komunar oğlu Əzizovun Vurğun qəsəbəsində məzarı ziyarət olunub, doğma evində ailə üzvlərinə baş çəkilib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və bir sıra məsul şəxslərlə birgə iştirak etdiyi ziyarətdə qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu, şəhidlərin adı əbədiləşdirildi, ailələri dövlətin himayəsinə alındı, əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Bu, təkcə sosial məsələ deyildi, həm də milli yaddaşın qorunması baxımından böyük əhəmiyyət daşıyırdı.

Şəhidin qardaşı İlqar Əzizov və digər ailə üzvləri dövlətimiz tərəfindən hər zaman xalqımızın qəhrəman Vətən övladlarının əziz xatirəsinə göstərilən dərin hörmət və ehtirama görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

media-2001media-200 media-202 media-203


media-728x90banner

Bənzər xəbərlər