Ağstafada vətədandaşlarla görüş keçirildi
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir. Aşağı Göycəli kənd tam orta məktəb binasında keçirilən növbəti səyyar qəbulda RİH başçısı aparatının və aidiyyəti idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda vətəndaşların irəli sürdükləri müxtəlif məzmunlu təklif və müraciətləri qəbul olunub, məsələlərin həlli tədbirləri müəyyən edilib. Aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında müvafiq göstərişlər verilib.