Ağstafada vətəndaşların müraciətləri həll olunur
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov yerlərdə vətəndaşların səyyar qəbullarını və əhali ilə görüşlərini davam etdirir. Göycəli kənd tam orta məktəbində təşkil olunan növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların səlahiyyətli nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda vətəndaşların qaldırdıqları müxtəlif məzmunlu məsələlər araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində konkret tapşırıqlar verilib.















