“Aİ-92” benzin 1 manat 20 qəpik dizel isə 1 manat olacaq-QİYMƏT ARTIRILIR
Yaxın vaxtlarda Azərbaycanda “Aİ-92” markalı benzin və dizel bahalaşacaq. Bu barədə “Bakinski Burila” teleqram kanalı məlumat yayıb.
Bildirilir ki, qiymət artımı çox olmayacaq.
Həmçinin vurğulanır ki, “Aİ-92” markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur.
“Faktiki olaraq aşağı qiymətlə daxili bazarda elektromobillərə keçidi ləngidirik. Bu, ilk baxışdan paradoksal görünsə də, uzunmüddətli perspektivdə bu növ yanacaqların bahalaşması həqiqətən də sərfəlidir”, – teleqram kanalın həmsöhbətləri bildirib.
XALQ.AZ araşdırma apararaq məlum olub ki, “Aİ-92” və dizel qiymət artımı gözləniləndir. Hal hazırda “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelin isə 80 qəpikdir. Tarif Şurasının növbəti iclasında qiymət artımı ediləcəyi gözlənilir. “Aİ-92” benzinin 1 litr 1 manat 20 q. dizel isə 1 manat olacağı proqnozlaşdırılır.