media-611

Son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə “AID Language Center” MMC-nin fəaliyyəti ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir və ictimaiyyəti yanlış istiqamətə yönəldir.

Məsələ ilə bağlı bildiririk ki:
1.    Kamil Həsənli tərəfindən irəli sürülən “aldadılma” iddiaları əsassızdır. Şirkətimiz fəaliyyətini qanun çərçivəsində, müvafiq müqavilələr əsasında həyata keçirir.
2.    Müqavilə bağlanarkən təhsil şərtləri və qəbul meyarları tam şəkildə izah olunmuş, sənədlərin uyğunluğuna dair ilkin mərhələdə məlumat verilmişdir.
3.    Qarşı tərəfin şəxsi sənədlərində yaranmış uyğunsuzluqlar səbəbindən proqramda iştirak mümkün olmayıb. Bu, şirkətimizin məsuliyyətsizliyindən deyil, iştirakçının təqdim etdiyi sənədlərin uyğun gəlməməsindən irəli gəlib.
4.    Vətəndaşın ödəniş tələbi əsasında, 3400 (üç min dörd yüz) manat məbləğ tam şəkildə geri qaytarılmışdır.

“AID Language Center” olaraq qeyd edirik ki, biz daim şəffaf fəaliyyət göstərir, müştərilərimizə keyfiyyətli xidmət göstərməyi və beynəlxalq təhsil proqramlarında iştirak imkanlarını təmin etməyi əsas prioritet hesab edirik.

Cəmiyyətimizi yayılan əsassız məlumatlara inanmamağa və dəqiq informasiya üçün yalnız rəsmi mənbələrə istinad etməyə çağırırıq.

Hörmətlə,
“AID Language Center” MMC-nin Mətbuat Katibi
Peyman Sadıqov


media-728x90banner

Bənzər xəbərlər