media-22
Almaniyanın ölkəmizdəki səfiri “Veysəloğlu”nun Mərkəz ofisində “Rossmann”ı ziyarət etdi
Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann, onun müavini Theresa Lünemann və assistenti Xalidə Tağızadə Veysəloğlu Şirkətlər Qrupuna (VŞQ) daxil olan “Rossmann” mağazalar şəbəkəsinin qonağı olublar. Görüş VŞQ-nin Mərkəz ofisində baş tutub. Əvvəlcə qonaqlar ofisdəki iş mühiti ilə yaxından tanış olublar. Daha sonra tərəflər arasında dəyirmi masa formatında görüş keçirilib.
Görüşdə Azərbaycanda fəaliyyət göstərən “Rossmann” mağazalar şəbəkəsini Baş direktor Məmmədqulu Süleymanlı, maliyyə departamentinin müdiri İsmayıl Nəcəfquluzadə, marketinq rəhbəri Rəşad Alxanov və biznesin inkişaf direktoru Əlövsət İsmayılov təmsil ediblər. Görüşdə həmçinin “Rossmann”ın daxil olduğu VŞQ-nin mətbuat xidməti direktoru Məhəmmədəli Qəribli və korporativ kommunikasiyalar direktoru Sənubər Nəzərova iştirak ediblər.
Səmimi atmosferdə keçən görüş zamanı “Rossmann”ın Baş direktoru Məmmədqulu Süleymanlı ümumi Şirkətlər Qrupu və rəhbəri olduğu biznes subyekti barədə ətraflı videotəqdimat edib.
Səfir Ralf Horlemann səmimi qəbula və təqdimata görə təşəkkürünü bildirib. O qeyd edib ki, ölkəmizdə işə başladığı ilk gün Bakıda “Rossmann” mağazalarını görəndə böyük qürur hissi keçirib və özünü sanki doğma evdəki kimi hiss edib. Səfir “Rossmann” məhsullarının Azərbaycan əhalisi tərəfindən necə qarşılandığı ilə maraqlanıb, eyni zamanda alman keyfiyyətinin ölkəmizdə bu qədər geniş təqdimatından məmnunluğunu ifadə edib. O əlavə edib ki, Almaniya istehsalı olan bir çox məhsulların Azərbaycanda baha satıldığının şahidi olsa da, “Rossmann” mağazalarındakı münasib qiymətlər onu yaxşı mənada təəccübləndirib.
Baş direktor Məmmədqulu Süleymanlı öz növbəsində səfirin diqqətinə çatdırıb ki, buna ölkədəki biznes mühitinin şəffaflığı və hər kəs üçün yaradılmış bərabər rəqabət imkanları hesabına nail olurlar. O həmçinin bildirib ki, daxil olduqları VŞQ-nin ümumi strategiyası daha əlçatan qiymətlərlə məhsul təklif etməkdir və “Rossmann” da bu yanaşmanı rəhbər tutur.
Görüşün sonunda Məmmədqulu Süleymanlı səfirə Azərbaycan və Almaniya bayraqlarının əks olunduğu xüsusi hədiyyə təqdim edib və xatirə fotoları çəkdirilib.
media-22 media-23 media-24

media-728x90banner

Bənzər xəbərlər