media-aloe-0

Məşhur şirkət əməkdaşının iş zamanı xəsarət almasını gizlədibmiş.
XALQ xəbər verir ki, söhbət “Novo Pharm” MMC-dən gedir.
Bu MMC “Aloe+” mobil tətbiqini idarə edir. “Aloe+” apteklər şəbəkəsindən müştərilər onlayn şəkildə dərmanlar sifariş edə bilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şirkətin İnsan resursları üzrə direktor müavini S.Calalovanı vəzifəli şəxs kimi 2200 manat cərimələyib.

media-manat
Buna səbəb MMC-nin əməkdaşlarından birinin iş vaxtı bədbəxt hadisə zamanı xəsarət alması və şirkətin vəzifəli şəxslərinin bu hadisəni gizlətməsi olub.


media-728x90banner

Bənzər xəbərlər