Amnistiyaya düşənlər azad olunur
Bu gün Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsindən 22 qadın azadlığa buraxılır.
XALQ xəbər verir ki, məhkumlar bir azdan azadlığa çıxacaqlar.
Onlardan ikisi azyaşlı övladı ilə saxlanılır.
Məhkumlardan biri Konqo vətəndaşıdır.
Amnistiya aktı ilə 3 nəfər yetkinlik yaşına çatmayan məhkum azadlığa buraxılıb.
Qeyd edək ki, Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyevlə birgə məhkum edilən müavini Gültəkin Sadıqova da azadlığa buraxılıb. Həmçinin Amnistiya aktı müğənni Dəniz Əsədovaya da şamil edilib












