Apteklərdə satılan “Swissneo” uşaq qidasında çirkləndirici aşkarlanıb
İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisi aşkarlanıb.
XALQ bildiri ki,bu barədə AQTA-dan məlumat verilib.
Çirkləndiricinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub.
Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Qeyd edək ki, “Swissneo” uşaq qidası ilə bağlı AQTA-a tərəfindən xəbərdarlıq verilsədə “Aptekonline” da zərərli uşaq qidasının satışı davam edir.












