media-788
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) “Arash Medical Company” QSC ilə satınalma müqaviləsi bağlayacaq. 
XALQ  məlumatına görə, universitet şirkətdən mebel və invertarlar almağı planlaşdırır. Bunun üçün “Arash Medical Company” QSC-yə 52 864 manat ödəyəcək.
Universitet bu məbləğə aşağıdakı malları alacaq:
* Sənəd dolabı – 4 ədəd
* Paltar dolabı – 1 ədəd
* 3 siyirməli tumba – 6 ədəd
* İşçi kürsüsü – 6 ədəd
* Sənəd dolabı (şüşəli, 220 sm hündürlük) – 2 ədəd
* Sənəd dolabı (şüşəli, 240 sm hündürlük) – 3 ədəd
* Moydadır – 1 ədəd
* Printer üçün dolab – 2 ədəd
* Seyf üçün dolab – 1 ədəd
* Mətbəx mebeli – 1 ədəd
* Paltar dolabı (ikinci dəfə təkrar) – 1 ədəd
* Tələbə üçün oturacaq (stul) – 270 ədəd
* Tələbə üçün dərs masası (parta) – 270 ədəd
* Rəhbər dəsti – 1 dəst
* Müsafir kürsüsü – 2 ədəd
* Tələbə üçün oturacaq və qarşısında masası (bütöv konstruksiya) – 9 ədəd
* Masa – 6 ədəd
* Moydadır – 1 ədəd
* Printer üçün dolab – 1 ədəd
* Mətbəx mebeli – 1 ədəd
* Paltar dolabı – 1 ədəd
* Sənəd dolabı – 2 ədəd
* İşçi kürsüsü – 2 ədəd
* 3 siyirməli tumba – 2 ədəd
* Masa – 2 ədəd
* Printer üçün dolab – 1 ədəd
* Seyf üçün dolab – 1 ədəd
* Mətbəx mebeli – 1 ədəd
* Akt zalı üçün kreslo və yazı masası (bütöv konstruksiya) – 27 ədəd
* Rəhbər kürsüsü.
 “Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.
Lakin şirkətin keçmiş spiker Oqtay Əsədovun nəzarətində olduğu iddia edilir. Kamran Məmmədovdan əvvəl “Arash Medical Company” şirkətinə rəhbərlik edən Cavid Əsədovun Oqtay Əsədovun qardaşı oğlu olduğu bildirilir.
“Arash Medical Company” QSC mebel şirkəti deyil. Şirkət tib sektorunda fəaliyyət göstərir. Qaynarinfo

media-728x90banner

Bənzər xəbərlər