media-001

Xalq artisti Arif Babayevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilib.

Mərasimdə mədəniyyət naziri Adil Kərimli və müavinləri, ölkənin mədəni-ictimai xadimləri, mərhumun ailə üzvləri və sənət dostları iştirak edib.

Arif Babayev 1-ci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, xanəndə bu gün səhər saatlarında 87 yaşında vəfat edib.

***

Xalq artisti Arif Babayev 1-ci Fəxri xiyabanda dəfn olunub.


media-728x90banner

Bənzər xəbərlər