featured-image-22761

Arsenal

İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınan oyunlar keçirilib.

Xalq.az-ın xəbərinə görə, ötən gecə baş tutan görüşlərdən birində “Vest Hem”lə “Arsenal” qarşılaşıb.

Futbol üzrə İngiltərə Premyer Liqasının 34-cü turunda öz meydanında “Vest Hem”lə qarşılaşan “Arsenal” 3:1 hesabı ilə qalib gəlib.

Matçda hesabı 40-cı dəqiqədə “Vest Hem”in futbolçuları açsa da, “Arsenal” fasiləyə qədər hesabı bərabərləşdirə bilib. İkinci hissədə isə rəqibin qapısından daha 2 top keçirən “topçular” 67 xal toplayaraq turnir cədvəlində 4-cü pilləyə yüksəliblər.

Qeyd edək ki, bu gün daha iki təxirə salınmış oyun baş tutacaq.

İngiltərə Premyer Liqası
15 aprel

Arsenal – Vest Hem – 3:1
Qollar: Podolski, 44; 78, Jiru, 55 – Jarvis, 40.

16 aprel
23:45. Everton – Kristal Pelas
23:45. Mançester Siti – Sanderlend


media-728x90banner

Bənzər xəbərlər