“44 günlük Vətən müharibəsində qələbə qazanan Milli Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzü təmin etdi, torpaqlarımızı işğaldan azad etdi və eyni zamanda, 30 ilə yaxın yurd həsrəti ilə yaşayan məcburi köçkün bacı-qardaşlarımızın yurda dönmək arzularının reallaşdırılması üçün tarixi şərait yaratdı”. Bu sözləri deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, bundan sonrakı iki il ərzində cənab Prezidentin rəhbərliyi altında Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, yenidən qurulması, infrastruktur layihələrin həyata keçirilməsi, şəhər, kənd və qəsəbələrin qurulmasının baş planının hazırlanması istiqamətində olduqca böyük miqyaslı işlər görüb: “Bu işlər indi də davam edir. Həmin işlərin nəticəsi olaraq artıq Şərqi Zəngəzurda və Qarabağda yeni həyat başlayır. Burada yenidən məskunlaşma prosesinə start verilmişdir. Zəngilanın Ağalı kəndindən başlayan repatriasiya aksiyası artıq Şərqi Zəngəzurun və Qarabağın bütün bölgələrini əhatə etməkdədir.

Suqovuşan və Talış kəndləri də artıq öz sakinlərini qəbul edib. Zəngilan, Laçın, Sus və Zabuxda yenidən məskunlaşma prosesləri başlanıbdır. Füzuli rayonunda da 100-dən çox ailə məskunlaşıb. Kəlbəcərin məskunlaşması üçün böyük işlər görülür. Şuşaya bu ilin sonunda ilk sakinlərin köçürülməsi planlaşdırılır. Ağdam və Cəbrayıl tikilir. Böyük bir geri qayıdış planı reallaşmaqdadır. Bu məqsədlə də ötən ilin noyabrında cənab Prezidentin sərəncamı ilə Böyük Qayıdış proqramı qəbul olundu. 2026-cı ilə qədər Qarabağ və Şərqi Zəngəzurun bir çox yaşayış məntəqələrinin bərpa olunması və orada məskunlaşması, həyatın yenidən bərpası üçün böyük işlərin görülməsi planlaşdırılır.

Əlbəttə, bu işlərin siyasi, iqtisadi, humanitar, mənəvi və tarixi əhəmiyyəti böyükdür. İlk olaraq qısa müddət ərzində o torpaqları yenidən dirçəldərək bütün dünyaya göstərdik ki, buranın əsl sahibləri bizik və qayıtmışıq. Çünki 30 il ərzində işğal altında saxlanılan həmin torpaqlarda ermənilər nəinki bir iş görmədi, olanı da dağıtdılar. Bu da bir daha sübut edir ki, bu torpaqlar onlara məxsus deyil. Çünki insan öz torpağını qurar, yaradar və abadlaşdırar.

Digər tərəfdən əlbəttə insanlarımız 30 il müddətində öz ata-baba torpaqlarından uzaq düşdülər. Onlar yurd həsrəti ilə yaşayırdılar ki, buna da son qoyuldu. Bu işin çox böyük mənəvi və humanist əhəmiyyət var”.

Musa Quliyev sözlərinə belə davam edib: “Digər tərəfdən, həmin əraziləri məskunlaşdırmaqla orada həyatı canlandırdıq. Bu da ölkənin iqtisadi və sosial həyatını daha da parlaqlaşdırır, ölkəmizin inkiçaf potensialı güclənir. Turizm, aqrar sənaye, kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün böyük potensial əldə etmiş oluruq.

Digər tərəfdən həmin əraziləri məskunlaşdırmaqla ermənilərin və onların havadarlarının boş xülyalarını bir daha puça yetirmiş oluruq ki, artıq Azərbaycan bu yerlərin həqiqi sahibidir. Görülən işlərin olduqca böyük tarixi əhəmiyyəti var.

Qərbi Azərbaycan İcmasının formalaşması və bizim daha böyük tarixi iddialarımızın həyata keçirilməsi üçün də bir iqtisadi-sosial zəmin yaratmış oluruq. Elə cənab Prezidentin də söylədiyi kimi “Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da olacaqdır””.


media-728x90banner

Bənzər xəbərlər