Arzu Əliyevanın doğum günüdür
Bu gün Bakı Media Mərkəzinin rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyevin qızı Arzu Əliyevanın doğum günüdür.
XALQ xatırladır ki, Arzu Əliyeva 1989-ci il 23 yanvar tarixində Bakı şəhərində anadan olub.
Orta təhsilini 1995-2006-cı illərdə Bakıda 160 saylı məktəbdə, ali təhsilini isə İsveçrə və Böyük Britaniyada alıb.
2011-ci il sentyabrın 3-də azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə həyatı qurub. İki övladı var.
Qeyd edək ki, Bakı Media Mərkəzinin rəhbəri olaraq Arzu Əliyevanın təqdim etdiyi layihələr beynəlxalq arenada uğurla nümayiş olunur.










