Oktyabrın 29 -də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.  XALQ.AZ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda gündəliyə daxil olan məsələdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş  “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsindən bəhs edib. O, qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə təqdim olunan sənəddə hərbi xidmətin təkmilləşdirilməsi və hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılma prosedurlarının daha şəffaf və səmərəli qaydada həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib.

Bildirilib ki, layihə ehtiyata və ya istefaya buraxılmağa təqdim olunmazdan əvvəl hərbi qulluqçuların səhhətinə görə hərbi xidmətə yararlılıq səviyyəsinin müəyyən edilməsi üçün hərbi-həkim komissiyasının müayinəsinə göndərilməməsi hallarını müəyyən edir. Bu dəyişiklik, xidmətin davam etdirilməsini mümkün etməyən hallar zamanı, xüsusilə xidmətə uyğunsuzluq hallarında, hərbi qulluqçuların ehtiyata buraxılma prosedurlarının sadələşdirilməsini təmin edir. Bu sadələşdirmə hərbi müayinədən keçmədən xidmətin dayandırılması və ya işdən azad edilmə prosedurunu nəzərdə tutur.

Sənəddə, eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun olaraq, Əsasnamədə mövcud olan qeyri-müəyyən ifadələrin aradan qaldırılması məqsədilə texniki düzəlişlər də öz əksini tapıb.

Layihə hərbi xidmətin keyfiyyətini artırmaq və hərbi qulluqçuların hüquqlarını daha səmərəli qorumaq məqsədi ilə hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Milli Məclisin plenar iclasında  Arzu Nağıyev  “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, layihəyə əlavə rəy və təklifin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib. Sənədə əsasən, Qanunun 9.6-cı maddəsinin mövcud redaksiyasında nəzərdə tutulan Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda müvafiq vasitələrlə təmin edilməsi qaydası və təminat norması müəyyən edilməyəcək, onlar üçün ümumi qayda müəyyən olunacaq deyə bildirib.  Həmçinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verilib. Komitə sədri Arzu Nağıyev layihənin birinci oxunuşu zamanı aparılan müzakirələrdə deputatların bir neçə texniki məsələ ilə bağlı qeydlərinin aydınlaşdırıldığını diqqətə çatdırıb. O, sənədin ikinci oxunuşda da olduğu kimi səsə qoyulmasını diqqətə çatdırıb.


media-728x90banner

Bənzər xəbərlər