Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri,millət vəkili Arzu Nağıyev seçicilərlə görüşüb .

XALQ.AZ xəbər verir ki, deputat 19-20 oktyabr tarixlərində Tovuz rayonunun Qovlar şəhərində və Gədəbəy rayonunun Novosaratovka kəndində vətəndaş qəbulu keçirib. Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, işıq təsərrüfatının yenilənməsi, yolların təmiri və digər məsələlərlə bağlı olub.
Görüşdə seçiciləri narahat edən məsələlər müzakirə olunub. Müraciətlərin bir qismi yerindəcə həll olunub, digər məsələlər barədə aidiyyatı qurumlara müraciət olunacağı bildirilib.

 

 


media-728x90banner

Bənzər xəbərlər