Arzu Nağıyev seçicilərlə görüşdü
Millət vəkili Arzu Nağıyev Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirib.
XALQ.AZ məlumat verir ki, Milli Məclisin deputatı Arzu Nağıyev fərdi qaydada seçicilərlə görüş keçirib. Görüşdə vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, kommunal xidmətlər, yolların təmiri və digər məsələlərlə bağlı oldu.
Müraciətlərin qeydiyyatı aparılıb, qaldırılan məsələlərlə bağlı millət vəkili aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.
Vətəndaş məmnuniyyətinin təmin olunması məqsədi ilə deputatın qəbulu davam edəcək.


























