Arzu Nağıyev vətəndaşların müraciətlərini həll etdi
105 saylı Tovuz-Gədəbəy seçki dairəsi üzrə millət vəkili Arzu Nağıyev tərəfindən 14 dekabr tarixində Tovuz rayonunun Qovlar şəhərində vətəndaş qəbulu keçirildi.
Vətəndaşlar tərəfindən edilən müraciətlər əsasən sosial, məşğulluq, torpaq, və digər məsələlərlə bağlı oldu.
Müraciətləri dinləyən millət vəkili qaldırılan məsələlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıracağını və problemlərin həlli istiqamətində səy göstərəcəyini bildirdi.




















