İyulun 4-də  Milli Məclisin  növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Müdafiə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. O, 44 günlük Vətən müharibəsinin və antiterror əməliyyatlarının nəticələrinin təhlilinin ölkəmizdə ərazi müdafiəsi məsələlərinə yenidən baxılmasına zərurət yaratdığını deyib. Təqdim edilən qanun layihəsinin  ərazi müdafiəsi ilə bağlı normanın təkmilləşdirilməsi məqsədilə hazırlandığını bildirib.

Dəyişikliyə əsasən, ərazi müdafiəsi dedikdə ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksi nəzərdə tutulur. Sənəddə, habelə ərazi müdafiəsinin Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları, yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçirilməsi, ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydalarının Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcəyi təklif edilir.

Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər