Ata Abdullayev azad olundu
Həbsdə olan bloqer Ata Abdullayev azadlığa çıxıb.
XALQ-ın məlumatına görə, Xəzər Rayon Məhkəməsində Ata Abdullayevin vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı təqdimata baxılıb.
Hakim Toğrul Məmmədovun sədrliyi ilə keçən prosesdə təqdimat təmin edilib və şərti olaraq cəzasının qalan hissəsindən azad edilib.
Qeyd edək ki, bu barədə ilk məlumatı Baku.es saytı yayıb.










