media-ali

Müraciət edən bir qrup vətəndaş Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında yerləşən “Avant Park” yaşayış kompleksində üzləşdikləri problemlərlə bağlı narazılıqlarını bildiriblər. Sakinlərin şikayətlərini yerində araşdırmaq üçün Patrul.az əməkdaşları qeyd olunan ünvana gedərək vəziyyətlə yaxından tanış olublar.

Mənzil alan vətəndaşların əsas narazılığı kompleksdən ev alan təxminən 400 sakinin mənzil alışı zamanı ödənilmiş ƏDV məbləğini geri ala bilməməsidir. Onların sözlərinə görə, “Avant Park” şirkəti satış zamanı ƏDV ödənişlərini alıcıların adı ilə deyil, öz adı ilə rəsmiləşdirdiyinə görə vergi sistemində hər bir sakin üçün ayrıca depozit hesabı yaranmayıb. ƏDV-nin geri qaytarılması məhz həmin elektron depozit hesabları üzərindən aparıldığı üçün alıcının adına hesab görünmədiyindən, ödənilmiş ƏDV-nin qaytarılması texniki olaraq mümkün olmur. Sakinlər bildirirlər ki, ödənişlər onların adı ilə rəsmiləşdirilsəydi, depozit hesabı avtomatik açılacaq və ƏDV məbləğləri geri qaytarılacaqdı.

Sakinlərin digər narazılıqları kompleksin ümumi vəziyyəti ilə bağlıdır. Onların sözlərinə görə, yaşayışın başlamasına baxmayaraq binalarda tamamlama işləri hələ də yekunlaşdırılmayıb. 2024-cü ilin iyun ayında tam təhvil verilməsi planlaşdırılan kompleksdə işlərin bir qismi hazırda da tamamlanmayıb. Bir çox mənzildə yaşayış başlamasına baxmayaraq, binanın rəsmi təhvili gecikir. Sakinlərin ən ciddi narazılıqlarından biri də təhlükəsizlik avadanlıqlarının tam quraşdırılmamasıdır. Bildirilir ki, bloklarda yanğın zamanı istifadə olunmalı olan hidrant qutularında şlanq və digər vacib avadanlıqlar yoxdur. Bu isə fövqəladə vəziyyət zamanı operativ müdaxilə imkanlarını məhdudlaşdırır və sakinlərin təhlükəsizliyi üçün real risk yaradır. Aidiyyəti qurumlara edilən müraciətlərin cavabsız qalması narazılığı daha da artırır.Patrulaz.az


media-728x90banner

Bənzər xəbərlər