Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda Türkiyə və Portuqaliya yığmaları arasındakı oyun başa çatıb.

 

XALQ.AZ xəbər verir ki, görüş Portuqaliya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hesabı 22-ci dəqiqədə Bernardo Silva açıb. Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi olaraq fərqi iki topa çatdırıb. Matçın yekun nəticəsini 56-cı dəqiqədə Bruno Fernandeş müəyyənləşdirib.

 

Bu nəticədən sonra xallarını 6-ya çatdıran Portuqaliya millisi 1/8 finala yüksəlib. Türkiyə isə 3 xalla ikinci pillədə qalıb.

 

Qrupun ilk oyununda Gürcüstan və Çexiya yığmaları 1:1 hesablı heç-heçə edib


media-728x90banner

Bənzər xəbərlər