Bakıda Avropa İttifaqına (Aİ) Üzv Dövlətlərinin minatəmizləmə üzrə ekspertlərinin və
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssislərinin bir araya gətirən ilk
tədbiri keçirilib.
XALQ.AZ verilən məlumata görə bu təşəbbüs Avropa İttifaqının ölkədə humanitar minatəmizləmə istiqamətində aparılan işlərə dəstək vermək məqsədi daşıyan daha geniş əhatəli fəaliyyətinin tərkib hissəsidir. Aİ və onun Üzv Dövlətləri bu günədək Azərbaycanda minatəmizləmə işlərinə dəstək verən ən böyük beynəlxalq donordur. May ayının əvvəlində “Team Europe” təşəbbüsünə start verilməsi bunun bariz nümunəsidir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen aprelin 4-də Prezident Əliyevlə telefon danışığından sonra Aİ hazırda Azərbaycana partlayıcı sursatların yaratdığı böyük problemin öhdəsindən gəlməyə kömək etmək üçün əhəmiyyətli həcmdə əlavə maliyyə dəstəyi göstərməyi planlaşdırır.

Proqramın davam edəcəyi 2024-2025-ci illər ərzində əlavə 10 milyon avro ayrılması nəzərdə tutulur. Bu baxımdan, tədbir regionda bilik mübadiləsini təmin etmək məqsədilə Mükəmməllik Mərkəzinin yaradılması
və fəaliyyətə başlamasına kömək etmək üçün nəzərdə tutulan silsilə tədbirlərdən birincisidir. Azərbaycan
Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən idarə olunan Mərkəzdə xüsusi təlim
vasitələrinin elmi tədqiqat və işlənmə imkanlarının olacağı, həmçinin əsas diqqət minatəmizləmə sektorunda ən
son texnika və texnologiyalara yönəldilməklə yerli və beynəlxalq kadrlar üçün təlim proqramlarının təklif
ediləcəyi gözlənilir. Bu yaxınlarda Bakıda Minatəmizləmə üzrə Üçüncü Beynəlxalq Konfransa ev sahibliyi
etmiş Azərbaycan, BMT və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq şəraitində Mükəmməllik Mərkəzi yaratmaq
əzmindədir.
Bu məqsədlə Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAIEX) Aləti çərçivəsində
ANAMA ilə birgə təşkil olunan ilk seminar Aİ Üzv Dövlətləri və tərəfdaşlarının ekspertləri ilə qabaqcıl
təcrübə, öyrənilmiş dərslər və innovativ həllərin mübadiləsini təmin edən bir platformadır. Sloveniya və
Bosniya və Herseqovinadan dəvət olunmuş ekspertlər strateji planlaşdırma, minatəmizləmə fəaliyyətində
gender bərabərliyi, zərərçəkmişlərə yardım, keyfiyyət və risklərin idarə edilməsi, ekoloji aspektlər və yeni
texnologiyalar sahələrində öz biliklərini və çoxillik təcrübələrini bölüşəcəklər.


media-728x90banner

Bənzər xəbərlər