media-aa

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Ukrayna səfiri Yuri Qusevlə görüşüb.

media-100

XALQ xəbər verir ki, bu barədə Ukrayna səfiri “Facebook”da yazıb.

“Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun Bakıdakı diplomatik fəaliyyətinin başa çatması ərəfəsində onunla görüşməkdən şərəf və məmnunluq duyuram”, – deyə o qeyd edib.

Diplomat görüş çərçivəsində həmrəyliyə, əməkdaşlığın inkişafına mühüm töhfəyə, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyinin komandasına daimi dəstəyə və rəsmi Kiyevə Avropa İttifaqına gedən yolda köməyə görə səmimi minnətdarlığını bildirib:

“Sizə gələcək diplomatik karyeranızda uğurlar və yeni peşəkar nailiyyətlər arzulayıram!”.


media-728x90banner

Bənzər xəbərlər