featured-image-9461

08

Üzgüçülük, suyatullanma, sinxron üzgüçülük və su polosu 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına rəsmən daxil edilib.

Memorandumu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki, Avropa Üzgüçülük Liqasının başçısı Paolo Barelli, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov imzalamışlar. Avropa Üzgüçülük Liqasının məlumatına görə, Avropa Oyunlarında yunior heyətlə təmsil olunan qitənin bütün əsas yığma komandaları çıxış edəcəklər.

Qeyd edək ki, Avropa Oyunları 2015-ci ilin iyununda keçiriləcək.


media-728x90banner

Bənzər xəbərlər