“Avto Kredit” “Avto Zirvə“ qanunları necə pozur? – Qanunsuz lizinq, yüksək faiz
Özünü “Avto Kredit”, “Avto Zirvə” təşkilatı adlandıran bir qrup şəxs müxtəlif avtomobilləri girov saxlamaqla vətəndaşlara yüksək faizlə sələmə pul verirlər.
Azərbaycanda son illər avtomobil krediti, yaxud lizinq, girovu ilə pul verilməsi artıb. Sosial şəbəkələrdə reklam olunan müxtəlif təşkilatlar avtomobili girov saxlamaqla vətəndaşlarla yüksək faizlə pul verilir. Qanunla qadağan olunmasına baxmayaraq sosial şəbəkələrdə bir çoxları açıq-aşkar bu fəaliyyətlərini reklam etməklə məşğuldurlar.
AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə qanunusuz lizinq fəaliyyəti ilə məşğul olanlar təşkilatlar “Avto Kredit”, “Avto Zirvə” adlı qurumdur. Məlumata görə, “Avto Kredit”, “Avto Zirvə” adlı təşkilatın icazə lisenziyasının olmamasına baxmayaraq, bu qurum vətəndaşların avtomobillərini girov saxlayaraq yüksək faizlə sələmə (kreditə) pul verir.
Adı çəkilən qanunsuz təşkilatların reklamlarını sosial şəbəkələrdə Amil və Niyaməddin adlı şəxslər həyata keçirirlər. Məlumata görə mil və Niyaməddin adlı şəxslərin reklam etdikləri qanunsuz lizinq təşkilatları “Vüsal 300” kimi tanınan iş adamı Vüsal Abbasova məxsusudur. Bildirək ki, bir müddət öncə “Vüsal 300” kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu qanunsuz lizinq fəaliyyəti ilə məşğul olduğuna görə həbs edilib və Xətai rayon məhkəməsi tərəfindən haqqında dörd (4) il şərti cəza kəsilib.
İnanınırıq ki, hüquq-mühafizə orqanları “Avto Kredit” və “Avto Zirvə”
təşkilatının, həmçnin Amil və Niyaməddin adlı şəxslərin qanunsuz fəaliyyəti ilə ciddi maraqlanaraq, vətəndaşlara yüksək faizlə sələm (kredit) verənlər barədə müvafiq tədbir görəcək.













