Aydın Hüseynov gənclərlə görüşüb: Müzakirə aparıldı
Qaradağ rayonu Gənclər Evində rayon gəncləri ilə görüş keçirildi.
Görüş zamanı Ulu Öndər Heydər Əliyevin dövlətçilik prinsipləri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və dövlətin gənclər siyasəti barədə geniş məlumat verildi.
Müzakirələrdə gənclərin müasir düşüncəsi, innovativ və rəqəmsal inkişafın rolu, vətənpərvərlik və milli-mənəvi dəyərlər, həmçinin təhsil və peşə sisteminin gənclərin həyatındakı əhəmiyyəti ön plana çəkildi.
Gəncləri maraqlandıran suallar cavablandırıldı və qarşılıqlı fikir mübadiləsi aparıldı.
Azərbaycan gəncləri ilə fəxr edirik.



















