Aydın Hüseynov “Mənim üçün böyük etimaddır”
Əziz Qaradağlılar!
Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin siyahısı rəsmi olaraq elan edildi.
Partiyamızın sədri, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev tərəfdən irəli sürülən siyahıda yenidən yer almaq olduqca böyük etimad və qürurludur.
Ulu Öndərimizin siyasi kursunu davam etdirən, layiqli davamçısı Cənab Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə böyük quruculuq işləri görülür, mega layihələr həyata keçirilir. Ölkəmiz sosial-iqtisadi baxımdan uğurla inkişaf edir. Vətəndaşların rifahının daha da yüksəlməsinə xidmət edən bu işlər nəticəsində ölkəmiz dünya ölkələrinin diqqət mərkəzindədir.
37 saylı Qaradağ Seçki Dairəsindən deputatlığa namizədliyim seçicilərimlə sıx ünsiyyətdə olmaq, ölkəmizin inkişafı naminə birgə çalışmaq şansı yaratmaqla yanaşı həm də mənim üçün böyük etimaddır. Bu etimada görə, Cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirir, namizədliyimi dəstəklədiyinə görə YAP İdarə Heyətinə təşəkkür edirəm.
Aydın Hüseynov










